129 konqresmen Netanyahunun çıxışını boykot etdi

129 konqresmen Netanyahunun çıxışını boykot etdi

Yüzdən çox ABŞ konqresmeni sionist rejimin baş naziri Benyamin Netanyahunun çıxışına boykot elan edərək onun Konqresdəki çıxışına gəlməyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Amerikanın 100 demokrat konqresmeni və 28 senatoru sionist rejim baş naziri Benyamin Netanyahunun dünən axşamkı (24 iyul) çıxışını boykot edib.

Məlumata görə Benyamin Netanyahunun çıxışına boykot edənlərin arasında bir respublikaçı konqresmen də var. Bu hesabla onun çıxışını boykot edənlərin sayı 129 nəfərdir.

Bundan əvvəl də Amerika Konqresinin bir qrup nümayəndəsi dövlət katibinə yazdıqları məktubda Ağ Evin Tel-Əvivə qarşı siyasətinin dəyişdirilməsini tələb etmişdi.

ABŞ-ın bu 14 konqresmeni bildirmişdi ki, ABŞ-ın İsrailə yardımı fələstinlilərin hüquqlarını pozmaq üçün istifadə edilməməlidir.

Amerikalı qanunvericilər həmçinin Co Bayden administrasiyasından Fələstinin hüquqlarını pozmaq üçün Amerika silahlarından istifadə imkanlarını araşdırmağı tələb etmişdilər.

ABŞ Konqresinin nümayəndələri vurğulamışdı ki, Ağ Ev amerikalı vergi ödəyicilərinin pullarının qeyri-qanuni yaşayış məntəqələrinin tikintisinə dəstək üçün istifadə edilməməsini təmin etməlidir.

Related posts

Hizbullah sionist hərbçilərin toplantısını darmadağın edir

Demokratlar Co Baydendən sionist rejimin iki nazirinə sanksiya qoymasını tələb edir

Livan parlament sədri atəşkəs təklifini aldığını təsdiqlədi amma…