111 günlük aclıq aksiyasından sonra fələstinli əsirin qələbəsi

QafqazTimes xəbər verir ki, sionist hakimiyyət fələstinli məhbus Xəlil Avavadənin 111 günlük aclıq aksiyasından sonra gələn bazar günü onun azadlığa buraxılmasına qərar verib.

Ərəb 48 saytının məlumatına görə, Avadənin həyat yoldaşı bəyan edib ki, işğalçı sionist rejim Xəlilin vəziyyəti pisləşdikdən sonra onu azad etməyə razılaşıb və bu, aclıq aksiyasının dərhal dayandırılmasını və lazımi tibbi yardımın göstərilməsini tələb edir.

O, əlavə edib: “Onun azadlığa buraxılmasının təfərrüatları hələ aydın deyil, Xəlilin eyni xəstəxanada qalacağı, yoxsa İordan çayının qərb sahilindəki xəstəxanaya köçürüləcəyi hələ bəlli deyil.”

Qeyd edək ki, sionist rejimin işğalçı qüvvələri Xəlil Avavadəni 2021-ci ilin dekabrında bir neçə dəfə sionist həbsxanalarında saxlanmasına baxmayaraq heç bir ittiham irəli sürmədən həbs ediblər.

Xəlil Avavadə baş və oynaq ağrılarından, arıqlamaqdan, halsızlıqdan, şiddətli ürək döyüntülərindən və davamlı qusmalardan əziyyət çəkir. O, 16 kq-dan çox arıqlayıb.

Fələstinli Əsirlərin İşləri üzrə Komitə 111 günlük aclıq aksiyası keçirən Xəlil Avavadənin fiziki vəziyyəti ilə bağlı xəbərdarlıq edib.

Komitə vurğulayıb: “Bu fələstinli məhbus 111 gün ərzində işğalçı sionist rejimə qarşı müqavimət göstərib və müxtəlif işgəncələrə məruz qalıb. O, bu müddət ərzində özünün və işğalçı rejimin məhkəmələrini boykot etməyə davam edən sionist həbsxanalardakı məhbus yoldaşlarının mesajını çatdıra bilib.”

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)