11 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

“Hələ ilk addımdasınız. Tələsməyin. Siz zahidlik və müdrikliyin yüksək mərhələsinə çatmamısınız, buna görə də işlər xarab olmayana və kədər ürəyinizə girməyənə qədər gözləyin. Qoyun dərisinə bürünmüş canavar olan dostlarınızdan çəkinin. Onlar sənin bünövrəni dağıtmaq, qəlbini və dinini almaq və məqsədinə çatmağa imkan verməmək istəyirlər, çox ağıllı ol.”

Falın orjinalı:

Qafqaztimesin təqdim etdiyi hər gün üçün yeni bir falın yüzlərlə insana aid olması haqda isə bilməliyik ki, eyni bir söz hər kəsin zehnində və həyatında fərqli mənalar daşıya bilər. Əslində eyni bir fal hər kəs üçün fərqlidir. Bu faldan məqsəd həyatda daha ümidvar, şad olmağımız və ruh yüksəkliyi əldə etməyimiz üçün Allahdan Hafiz falı vasitəi ilə bir müjdə almağımızdır

Hafiz falı haqda

Şərqin ən dərin mənalı şerlərinə sahib olan şair Hafiz Şirazinin divanı ilə fal açmaq əsrlərdir davam edir. Lakin Hafiz falı digər əsassız fallardan fərqlənir. Belə ki, bu bir çox böyük alimlərin istifadə etdikləri fal olub.

Bu barədə nümunə üçün məşhur şair Məhəmməd Hüseyn Şəhriyarın maraqlı əhvalatını nəql edirik:
Şəhriyarın əsl adı Məhəmməd Hüseyn Bəhcət Təbrizidir. O, əvvəlcə şeirlərini “Bəhcət” adı ilə nəşr etdirib və təxəllüs seçmək üçün Hafiz Şirazinin “Divan”ı ilə fal açıb və aşağıdakı beytlə rastalşıb:

دوام عمر و ملک او بخواه از لطف حق حافظ

که چرخ این سکه دولت به نام شهریاران زد

“ki fələk dövlət sikkəsini şəhriyarların adına edir”

Lakin şerdəki şəhriyar sözünün onun üçün münasib təxəllüs olacağına inanmayıb və yenidən Hafizin divanı ilə fal açır və bu dəfə də aşağıdakı misra ilə rastlaşır:

به شهر خود روم و شهریار خود باشم

“Öz şəhərimə gedib Şəhriyarım olum”. Yenidən şəhriyar sözü ilə rastlaşandan sonra özünə Şəhriyar təxəllüsünü götürür.

Şəhriyar ömrü boyu Hafizə aşiq olub

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

1 şərh

ctyxldinqs Oktyabr 25, 2024 - 10:21 axşam

Muchas gracias. ?Como puedo iniciar sesion?

Add Comment