10 saniyədə 300 manat – 8 ballıq qayda pozdular (Video izlə)

Paytaxtın Sabunçu rayonu, Zabrat yolunda ciddi qayda pozuntusu edən avtomobillər qeydiyyat kamerasında görüntülənib.

Videoda “Mercedes Benz” markalı,10-VC-858 və “Toyota Prius” markalı, 99-TJ-382 dövlət nömrə nişanlı avtomobillər qoşa xəttin tələbini pozaraq əks istiqamətdə çıxıb.

Piyadalara yol verməyən sürücülər onlar üçün ciddi təhlükə yaradıb.

Qeyd edək ki, qayda pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən hər bir sürücüyə əks istiqamətə çıxmağa görə 100 manat və 4 bal, piyada keçidində qayda pozduqlarına görə 50 manat cərimə tətbiq olunmalıdır. Sözügedən videonu təqdim edirik:

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir