10 ildən sonra HƏMAS-ın nümayəndə heyəti Dəməşqə gedir

QafqazTimes xəbər verir ki, Həmas İslami müqavimət hərəkatına aid bir mənbə bu gün (cümə) bu hərəkatın nümayəndə heyətinin bu ay (oktyabr) Dəməşqə gözlənilən səfəri barədə məlumat verib.

Mənbə Anadolu xəbər agentliyinə bildirib ki, səfər Dəməşqlə münasibətləri inkişaf etdirmək məqsədi daşıyır və oktyabrın 10-da Əlcəzairdə keçiriləcək Fələstin sülh danışıqları başa çatdıqdan sonra həyata keçiriləcək.

HƏMAS hərəkatı sentyabrın 15-də verdiyi bəyanatda Suriya hökuməti ilə münasibətlərini normallaşdırmaq və inkişaf etdirmək niyyətində olduğunu açıqlamışdı.

İyunun 21-də bir fələstinli mənbə “Anadolu”ya bildirib ki, Həmas və Suriya hökuməti Suriya böhranının başlamasından sonra soyuqlaşan münasibətlərin ardınca 10 ildən sonra münasibətləri bərpa etmək və yeni üfüqlər açmaq niyyətindədirlər.

Eyni zamanda, HƏMAS-ın Ərəb və İslam Əlaqələri İdarəsinin rəhbəri Xəlil əl-Həyyə “Əl-Əxbar” qəzetinə ətraflı müsahibəsində deyib: “Suriya ilə münasibətlərin bərpası ilə bağlı məsələnin həlli üçün HƏMAS səviyyəsində müzakirələr aparılıb. Rəhbərlərin, müxtəlif kadrların və nüfuzlu şəxslərin, hətta həbsxanalarda mövcud olan məhbusların da iştirak etdiyi müzakirələrin sona çatması ilə Dəməşqlə əlaqələrin dirçəldilməsi yollarının axtarılması qərara alındı.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya

1 şərh

easy way to make money online Oktyabr 12, 2022 - 4:17 axşam

Make Money Online OVER $1,200 PER DAY with bitcoin UP! Click Here: https://datastudio.google.com/embed/reporting/cd04c8bd-8457-4c4d-b398-797c5997b40b/page/64r4C

Add Comment