Əvvəl qadını öldürmək istədi, sonra öz gözünü çıxardı (Video izlə) 

Rusiyada dəhşətli hadisə baş verib. Belə ki, bir gözü olmayan gənc avtobus dayanacağında dayanan qadını mikroavtobusun təkərlərinin altına itələyib. Sürücü vaxtında əyləci basdığı üçün, qadın sağ qala bilib. Ona beyin silkələnməsi diaqnozu qoyulub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 35 yaşlı şübhəli şəxs narkotik maddənin təsiri altında olub. O, törətdiyi əmələ görə həbs edilərkən salamat qalan digər gözünü də çıxarıb. 

Qorxunc hadisə Omsk şəhərində baş verib.

Qeyd edilir ki, həmin şəxs 3 il əvvəl də həbsdə olub. İlk gözünü də o vaxt narkotik vasitələrin yayılmasına görə saxlanılarkən çıxarıb.

Ona qarşı “xuliqanlıq motivləri ilə adam öldürməyə cəhd” maddəsi ilə iş açılıb. Şübhəlini 8 ildən 20 ilə qədər və ya ömürlük həbs gözləyir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi