Əvvəl arvadını döydü, sonra köməyə gələn təcili yardıma hücum etdi – VİDEO

Rusiyanın Xabarovsk vilayətinin 42 yaşlı sakini öz evlərində arvadını döyüb.

Qadın təcili yardım çağırıb.

Lakin kişi zərərçəkənə kömək etməyə imkan verməyib. O, həkimləri təhqir edib, daha sonra onlara hücum edib və həyat yoldaşını xəstəxanaya aparmaq istədikləri üçün təcili yardım avtomobilinin pəncərəsini sındırıb.

Sonda kişini Rusiya qvardiyasının üzvləri zərərsizləşdirə bilib. Qadın isə ərinin əleyhinə şikayət ərizəsi yazmayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi