Əsgər ölümü ilə bağlı saxlanılan var (Video izlə)

Tovuzda əsgəri kim öldürüb?

Baş prokurorluq məlumat yaydı Baş Prokurorluq Tovuzda Azərbaycan Ordusunun əsgərinin qeyri-döyüş şəraitində aldığı güllə yarasından ölməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan verilən məlumata görə, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda cinayət işi başlanıb. İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə istintaq tədbirləri davam edir.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir