Qafqaztimes xəbər verir ki, İraq müqavimətinin məlumat şəbəkəsinin (Əl-Elam Əl-Muqavim) xəbər saytına görə İraq Əsaib Əhli-Həqq hərəkatının siyasi bürosunun üzvü Səd əl-Sədi deyib: “ABŞ -la hər hansı bir kompromisdən danışmaq doğru deyildir. ABŞ-İraq strateji danışıqlarının dördüncü turunun nəticələri ABŞ hökumətinin tələblərinin Mustafa əl-Kazimi hökumətinə diktəsidir və müqavimət qrupları yalan və saxta olduğu üçün bu danışıqların nəticələrini tanımırlar.”
Bundan əvvəl İraq “Əsaib Əhli-Həqq” hərəkatının baş katibi Şeyx Qeys əl-Xəzali ABŞ qoşunlarının ölkədən ççıxarılmasına işarə edərək ABŞ-ın İraqdakı hava bazalarının ləğv edilməsini istəmişdi.
İraqın Baş naziri Mustafa əl-Kazimi Ağ Evdə ABŞ prezidenti Co Bayden ilə görüşdə 31 dekabr 2021-ci ildə ABŞ-ın İraqdakı hərbi qoşunlarının çıxarılmasının zəruriliyi ilə bağlı birgə bəyanat vermişdir.
Daha öncə isə İraqın xarici işlər naziri Fuad Hüseyn ölkənin İŞİD və onun ideologiyasına qarşı beynəlxalq addımlara ehtiyacı olduğunu bildirmişdi.