Yol verməmək səbəbindən baş verən insident kameralarda görüntülənib.
Hadisə xarici ölkələrdən birində baş verib. Belə ki, iki sürücü arasında yaranan anlaşılmazlıq qəza ilə nəticələnib. Sürücülərdən biri yolunu kəsən digər sürücünü cəzalandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Lakin sakit durmayan avtomobil sahibi acığını maşından çıxıb. Öz avtomobilini dəfələrlə digərinə çırpıb. Sonunda hirsi soyuyan sürücü ərazidən uzaqlaşıb. Nəticədə bu ağılsız hərəkətlərinə görə avtomobillər ciddi zərərə uğrayıb.
Sözügedən videonu təqdim edirik: