Sosial şəbəkələrdə qadının bir yaşlı uşağını boğmasını əks etdirən görüntülər yayılıb.
Qorxunc video Rusiyanın Sverdlovsk vilayətindəndir.
Məlumata görə, qadın öz körpəsini onu başqa biri üçün tərk edən ərindən qisas almaq üçün boğur.
Kadrlarda körpənin anasının əlini boynundan çəkməyə çalışdığı görünür. Uşaq işgəncə çəkən müddətdə isə “ana” gülümsəyir.
Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanı əməkdaşları fəaliyyətə keçiblər. Onların sözlərinə görə, iş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək.
“Uşağın qəyyumu hazırda nənəsidir”, – deyə Sverdlovsk vilayəti DİN Baş İdarəsinin Mətbuat Xidmətindən vurğulanıb.