Ərdoğandan Putinə növbəti zərbə

QafqazTimes.com euronews-a istinadən xəbər verir: Ukrayna paytaxtı Kiyevdə səfərdə olan Türkiyə prezidenti Ərdoğan dolayısı ilə Rusiyanı işğalçı adlandırıb. Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dilə gətirən Türkiyə başçısı Ukraynada Bayraktar pilotsuzlarının istehsalına razılıq verib. Rusiya əvvəllər bəyanat vermişdi ki, pilotsuz aparatların Ukraynaya verilməsi Donbasda vəziyyəti gərginləşdirir.

Suiryada, Qarabağda Putinlə “qardaşlıq” nümayiş etdirən Ərdoğanın Ukrayna səfəri ABŞ-ın Avropaya yeni hərbi qüvvə göndərməsi ilə eyni zamanda baş verir. Bu səfərin ABŞ-ın Ukrayna siyasətinin tərkib hissəsi olması ehtimal edilir. Ərdoğanın səfər gedişində Ukrayna ilə Rusiya arasında danışıqlara vasitəçilik təklifi gözdən pərdə asmaq kimi dəyərləndirilir. Moskvanın ABŞ və qərblə münasibətlərinin məhz Ukraynaya görə gərginləşdiyi dövrdə Ərdoğanın bu ölkəyə səfəri Ankara-Moskva münasibətlərinə ciddi təsir göstərə bilər.  

Related posts

Parlament katibini bahalı səfərə getdiyi üçün vəzifəsindən azad etdi

İngiltərə və İsrail arasında gərginlik

Jurnalist xanım İsrailin hücumu zamanı körpəsi ilə birgə şəhid oldu