Ərdoğan Türkiyədə erkən seçkilərin keçirilməsini rədd edib

Qafqaztimes xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi axşam çıxışı zamanı ölkədə növbədənkənar seçkilərin keçirilməyəcəyini bildirib.

O, deyib: “Ölkəyə, millətə arxadan xəncər vurmağa çalışanların hiyləgərliyindən xəbərdarıq.”

Türkiyə prezidenti əlavə edib: “Yaxın bir neçə ayda ölkədə inflyasiyanın necə azalacağını görəcəyik. Biz ölkənin idarəçiliyini dünən yox, 19 il əvvəl ələ almışıq və iqtisadiyyatı necə idarə edəcəyimizi də bilirik.”

“Faiz dərəcələri aşağı düşdükcə, biz hamımız yaxın bir neçə ayda inflyasiyanın necə düşəcəyini görəcəyik”, – deyə Ərdoğan bildirib.

Türkiyənin müxalif Demokratiya və Tərəqqi Partiyasının lideri Əli Babacan şənbə günü mövcud maliyyə böhranına son qoymaq üçün erkən seçkilərə çağırıb, lakin Ərdoğanın hazırkı vəziyyətdə qalib gəlmək imkanının olmadığı üçün buna razı olmayacağını bildirib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya