Ərdoğan: Rusiyanı kiçik hesab edənlər yanılırlar

QafqazTimes xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Serbiyada Rusiyanı avropalılar tərəfindən lazımınca qiymətləndirməməsi ilə bağlı xəbərdarlıq edib.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, Ərdoğan Balkan ölkələrinə səfəri zamanı deyib: “Rusiyanı kiçik hesab edənlərə deyirəm ki, yanılırsınız.”

Türkiyə prezidenti əlavə edib ki, Rusiya ilə Ukrayna arasında müharibə yaxın gələcəkdə bitəcək kimi görünmür və avropalılar enerji böhranı barədə əvvəlcədən düşünməli idilər.

Ərdoğan həmçinin Qərb ölkələrini Rusiyanı “təhrik etməkdə” günahlandıraraq, bildirib ki, Rusiya cavab olaraq Avropanın enerjisini kəsmək məcburiyyətində qalıb.

O, ölkəsinin Rusiya və Ukraynaya qarşı balanslı mövqe tutduğunu və bu böhrandan çıxış yolu axtardığını da vurğulayıb.

Türkiyə prezidenti sözlərinə davam edərək bildirib ki, Balkan ölkələri arasında yaradılmış müsbət mühit davam etməlidir, çünki bu ölkələr bundan artıq bu sıxıntılara dözə bilməzlər.

Cümə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyada deyib ki, onun ölkəsi Balkan ölkələrinə qışda qaz tədarükünə zəmanət verir.

Çavuşoğlu Belqradda keçirilən görüşdə həmçinin deyib: “Avropada müharibə bir həyəcan siqnalıdır. Müxtəlif şoklara qarşı nə qədər həssas olduğumuzu görürük. Qış gəlir.”

Qeyd edək ki, Ukraynadakı müharibəyə görə Qərbin Rusiyaya qarşı bir neçə raund sanksiyasının tətbiqindən sonra bir çox Avropa ölkələri enerji böhranı ilə üzləşib.

Avropanın müxtəlif ölkələrinin hakimiyyət orqanları öz vətəndaşlarına enerji təchizatı probleminə görə çətin qışa dözməli olduqları barədə xəbərdarlıq ediblər.

Related posts

Rəhbər: Bəsic…

İran: Qəzzədə qadın və uşaqlara qarşı zorakılıq misli görünməmiş bir hadisədir

ABŞ dünyaya qarşı!