Ərdoğan Qərbin diqqətini çəkmək üçün Tel-Əvivə gedir

Sputnik Türkiyə prezidenti R.t.Ərdoğanın Qərb ölkələrinin diqqətini özünə çəkmək, Tel-Əviv-Ankara arasında hərbi əməkdaşlıq yaratmaq məqsədilə İsrailə səfər edəcəyindən xəbər verib.

Fars İnformasiya Agentliyinin Sputnik analitiklərinin bu səfərin məqsədləri barədə bir siyasi icmalı əsasında verdiyi xəbərə görə İsrail Türkiyənin prioritet iqtisadi və hərbi müttəfiqi sayılır.

Türkiyə məsələləri üzrə siyasi analitik Kərəm Səid bu barədə deyir: Türkiyədə prezident seçkiləri ərəfəsində Ərdoğan beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkmək və ölkəsindəki itisadi böhranın həllində Qərbin dəstəyini qazanmaq məqsədini daşıyır.

Bir fələstinli siyasi təhlilçi isə deyib ki, Ərdoğanın İsrailə səfəri bütün dünyaya beynəlxalq əlaqələrinin geniş olduğunu və yeni əlaqələrə girmə qabiliyyətini nümayiş etdirməkdir.

Qeyd edək ki, yanvarın 11-də İsrail prezidenti İshaq Herzoq Türkiyənin bu ölkədəki səfiri vəzifəsində ezam etdiyi Şakir Özkanın etimadnaməsini rəsmi surətdə qəbul edib.

Related posts

Sara Netanyahu mühakimə olunacaq!

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil