Ərdoğan öz maaşını artırdı

QafqazTimes xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının parlamentdəki fraksiyasının sədr müavini Özgür Özəlin prezident Rəcəb Tayyib Erdoğanın maaşının artırılması ilə bağlı verdiyi açıqlama müzakirələrə səbəb olub.

Türkiyənin hakim partiyası AKP-nin ən böyük rəqibi olan partiyanın üzvü olan millət vəkili Özgür Özəl Twitter hesabında prezident Rəcəb Tayyib Ərdoğanın öz maaşını əhəmiyyətli dərəcədə artırmaqla bağlı xüsusi göstəriş verdiyini açıqlayıb.

Türkiyə parlamentindəki Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini tvitində iddia edib: “Rəcəb Tayyib Ərdoğan öz imzası ilə spikerə təqdim olunan əlavə büdcə ilə maaşını 141 min 453 lirəyə qaldırıb. Bir halda ki, onun maaşı yanvar ayında 40,4 faiz artmışdı.”

Cümhuriyyət Xalq Partiyasının (PKK) siyasətçisi mesajını ölkənin pis iqtisadi vəziyyətinə işarə edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana tənə vurmaqla davam etdirib.

“İqtisadi böhran prezidentə təsir edir, amma minimum əmək haqqına yox? Minimum əmək haqqı 4253 lirə elan ediləcəkmi?”- deyə Özəl yazıb.

Türkiyəli siyasətçinin Twitter-dəki bu yazısı bəzi rəy sorğularına əsasən türk gənclərinin Ərdoğana səs verməkdən imtina etdiyi bir vaxta təsadüf edir.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib