Ərdoğan Netanyahuya “vampir” dedi

Ərdoğan Netanyahuya “vampir” dedi

Türkiyə prezidenti sionist rejimin günahsız fələstinlilərin qaçqın çadırlarını yandırmasına işarə edərək deyib: Bütün dünya canlı surətdə psix Netanyahunun vampirliyini izləyir.

Əl Aləm telekanalının məlumatına əsasən, Rəsəb Təyyib Ərdoğan bu gün (29 may) deyib: İsrail beynəlxalq hüquqa tabe olmayana qədər heç bir dövlət, o cümlədən Türkiyə özünü təhlükəsiz hiss edə  bilməz.

Rəcəb Təyyib Ərdoğan beynəlxalq ictimaiyyətin, ilk növbədə ABŞ başda olmaqla Qərb ölkələrinin İsrailin Qəzza zolağının mülki əhalisinə qarşı cinayətlərinə məhəl qoymadığını vurğulayaraq deyib: Heç bir inanc günahsız dinc insanların çadırlarda yandırılmasına haqq qazandırmaz. Dünya Netanyahu adlı vampirin vəhşiliyini canlı izləyir. Fələstinin mülki vətəndaşlarının qanı ABŞ-ın, Avropanın dövlət və hökumət başçılarının əllərinə bulaşıb, onlar öz susqunluqları ilə İsrail “vampirizminin” ortağı olublar.

Türkiyə lideri çıxışında bütün dünyaya yayılan Fələstinə dəstək tələbə hərəkatını da alqışlayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib