Ərdoğan: Misir və İsraillə əlaqələri kəsmək bizim marağımıza uyğun deyil

QafqazTimes xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Təl-Əviv və Qahirə ilə münasibətləri yaxşılaşdırmaq səylərinə toxunaraq, deyib: “Misir və İsraillə əlaqələri tamamilə kəsmək bizim marağımıza uyğun deyil. Xüsusilə bizim sülh planlarımızda İsrail və Türkiyənin bir-birinə ehtiyacı var.”

Sputnik xəbər verir ki, o, əlavə edib: Ankara İsraillə davam edən dialoqa bənzər Misirlə siyasi dialoqa başlamağa hazırdır. Türkiyə və Misir xalqlarının ortaq cəhətləri var və biz Misir xalqını görməzdən gələ bilmərik.

Ərdoğan həmçinin qeyd edib: “Fakt budur ki, İsrailin başında duran Hersoq kimi lider Türkiyə ilə sülhə doğru addım atmaqda fəal rol oynayır. Ümid edirik ki, İsrailin baş naziri ilə də münasibətləri daha yaxşı vəziyyətə gətirəcəyik.”

Qeyd edək ki, Ankara ilə Qahirə arasında münasibətlər 2013-cü ildə Misirdə Məhəmməd Mursinin hakimiyyətdən devrilməsi və hazırkı prezident Əbdülfəttah əs-Sisinin höküməti ələ almasından sonra gərginləşmişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib