Ərdoğan: İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə razı deyiləm

QafqazTimes xəbər verir ki, Türkiyə prezidenti bazar ertəsi Finlandiya və İsveçin NATO-ya qoşulmasına qarşı olduğunu bir daha bəyan edib.

“Daily Sabah”ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə razı olmadığını bildirib.

O, bu ölkələrdən heç birinin terrorla bağlı aydın baxışı olmadığını vurğulayaraq deyib: “İsveç və Finlandiyanın xarici işlər nazirləri Türkiyəni NATO-nun təklifləri ilə razılaşmağa inandırmaq üçün Türkiyəyə gəlməməlidir.”

Anadolu xəbər agentliyinə görə Türkiyə prezidenti deyib: “Hazırda Türkiyəyə qarşı sanksiya tətbiq edən ölkələrin təhlükəsizlik təşkilatı olan NATO-ya üzv olmasına razılıq vermirik.”

Türkiyə prezidenti daha əvvəl demişdi ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olması prosesini izləyir və buna müsbət baxmır.

Bazar ertəsi mətbuat İsveç diplomatik heyətinin Türkiyəni Stokholmu NATO-ya üzv olmağa razı salmaq üçün Ankaraya səfər edəcəyini bildirib. İsveç xarici işlər naziri bazar ertəsi deyib: “Bu diplomatik missiya NATO-nun tələbini nəzərdən keçirmək üçün tezliklə Ankaraya gedəcək”.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib