“Ərdoğan, istefa!” həştəqi trend oldu

Qafqaztimes xəbər verir ki, “Ərdoğan, istefa!” həştəqi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı pul siyasəti və iqtisadi problemlərin ardınca Twitter-də bu ölkədəki istifadəçilər arasında trend olan həştəqlər sırasına daxil olub.

Türk lirəsinin ABŞ dolları qarşısında kəskin ucuzlaşmasından sonra bu həştəq və bununla əlaqəli həştəqlər trendə çevrilib.

Bu məsələdə əsas və təsirli faktorlardan biri Avropa və Amerika ölkələrinin 10 səfirinin Ərdoğan tərəfindən çağırılaraq ölkədən çıxarılmasıdır.

Bu arada Türkiyənin ANKA xəbər agentliyi diplomatik mənbələrə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin diplomatları Ərdoğanı bu ölkələrin səfirlərini “arzuolunmaz” adlandırmaqdan çəkindirməyə çalışsalar da, onların bu cəhdləri baş tutmayıb.

Türkiyə prezidenti şənbə günü səhər saatlarında xarici işlər naziri Mövlud Çavuşoğluya verdiyi sərəncamda 10 xarici səfirin arzuolunmaz şəxs hesab edildiyini bildirərək, ölkədən çıxarılmasını tələb edib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi bir müddət əvvəl ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiya səfirlərini Osman Kavalanın işinə münasibət bildirdiklərinə görə nazirliyə çağırmışdı.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq