Ərdoğan: İnsan haqları iddiaçıları Hitleri alqışlamaqdan utanmırlar

Qafqaztimes xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Hitler kimi Netanyahunun da sonu çatacaq.

Türkiyə Xarici İşlər Nazirliyi bəşəriyyətin fələstinlilərin yanında olacağını vurğulayaraq, Fələstin xalqını hədəf alanlara deyib: Siz onları məhv edə bilməzsiniz.

Türkiyə Xarici İşlər Nazirliyi əlavə edib: Nasistlər törətdikləri cinayətlərə görə cavab verdikləri kimi, fələstinliləri məhv etmək istəyənlər də cavab verəcəklər.

Bundan əvvəl İsrailin xarici işlər naziri Yisrael Kats Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın təhdidinə cavab olaraq, onun Səddam Hüseynin yolu ilə getdiyini bildirmişdi.

Katz deyib: Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. Orada nə baş verdiyini və necə bitdiyini xatırlasın.

Ərdoğan daha əvvəl demişdi: Biz güclü olmalıyıq ki, (İsrail rejimi) Fələstinlilərə etdiklərini bizə də etməsin.

Türkiyə prezidenti əlavə edib: Biz Azərbaycan Respublikasında və Liviyada etdiyimizi onlarla (İsraillə) edə bilərik, sadəcə güclü olmalıyıq.

Netanyahunun ABŞ Konqresində çıxışına reaksiya verən Ərdoğan onu Hitlerə bənzədib və deyib: İnsan haqları iddiaçıları Hitleri alqışlamaqdan utanmırlar.

Ərdoğan əlavə edib: “ABŞ Konqresi 40 min uşaq, qadın və qocanı öldürənləri alqışlayır”.

Türkiyə prezidenti İsrailin baş naziri Binyamin Netanyahunun özünü məsul şəxs deyil, dəli kimi apardığını bildirib və deyib: İsrailin (rejimin) hücumlarının artması və Livana qarşı təhdid bizi bölgənin gələcəyi ilə bağlı çox narahat edir.

İrna

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir

1 şərh

buy viagra online İyul 30, 2024 - 2:27 səhər
Add Comment