Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə görüşüb

Fələstin informasiya qaynaqları Türkiyəyə səfər edən Həmas siyasi bürosunun katibinin İstanbulda Rəcəb Tayyib Ərdoğanla görüşündən xəbər veriblər.

Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, Türkiyə prezidenti və İsmayıl Həniyyənin bugünkü (20 aprel)  görüşdə Fələstində atəşkəs və humanitar yardım məsələlərini müzakirə ediblər.

Məlumata görə, Dolmabaxça sarayında baş tutan bu görüş jurnalistlərə qapalı keçirilib.

Bundan əvvəl Rəcəb Təyyib Ərdoğan ömrünün sonuna qədər Fələstin xalqına dəstək verəcəyini vurğulayıb və zahirdə sionist rejimə qəzəbləndiyini deyir. Türkiyə prezidenti həmçinin Qəzzə müharibəsi başlandığı andan sionist rejim əleyhinə çıxışlarla dünya ictimaiyyətinin diqqətini çəkib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib