Ərdoğan anti-sionist əməliyyatları pisləyib

QafqazTimes xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü gecə İsrail prezidenti İshaq Hersoqla telefonla danışıb.

Bu söhbətdə ikitərəfli münasibətlərlə yanaşı, regional hadisələr də müzakirə olunub.

Ərdoğan Hersoqun səfəri ilə Türkiyə ilə İsrail rejimi arasında əlaqələrin daha sürətli inkişafını arzulayaraq, deyib: “Enerji sahəsində həmkarlıq hər iki tərəf üçün ortaq maraqlara malikdir.”

İşğal olunmuş ərazilərin müxtəlif şəhərlərində keçirilən anti-sionist əməliyyatları pisləyən Türkiyə prezidenti əməliyyat zamanı həlak olanlara başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Son günlər işğal olunmuş ərazilərin müxtəlif şəhərlərində sionistlərə qarşı həyata keçirilən cihad əməliyyatları çoxlu sayda işğalçının ölümünə və işğal olunmuş ərazilərdə qorxuya səbəb olub. Bu əməliyyatlar müqavimət qrupları tərəfindən dəstəklənib.

O, həmçinin sionist rəsmilərinin və Fələstin rəhbərliyinin gərginliyin azaldılması üçün səsləndirdiyi ehtiyatlı açıqlamaları təqdirəlayiq hesab edib və müqəddəs Ramazan ayında fələstinlilərin Əl-Əqsa məscidinə daxil olmasına icazə verilməsinin vacibliyini vurğulayıb.

Related posts

ABŞ dünyaya qarşı!

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya