Ərəbistanda 7000 illik sirli daş dairələr aşkarlandı

A French archaeologist and his co-workers carefully clean the pottery to examine the findings known to be from Dadan and Lihyan civilisation dated back to the second half of the first millennium BC, in Al-Ula, Saudi Arabia October 30, 2021. Picture taken October 30, 2021. REUTERS/Ahmed Yosri

Avstraliya, Britaniya və digər ölkələrdən olan beynəlxalq arxeoloqlar qrupu Səudiyyə Ərəbistanının şimal-qərbində qədim daş dairələr aşkarlayıblar. Mütəxəssislərin fikrincə, bunlar təxminən 7000 il yaşı olan daş daxmaların qalıqları ola bilər.

Əl-Ula şəhəri yaxınlığında son daş dövrünə aid tikililər aerofotoqrafdan istifadə edilməklə tapılıb. Dairələrin diametri dörd və səkkiz metr arasındadır.

Alimlər qeyd ediblər ki, onlar qapı girişlərinin və dam örtüyü materiallarının izlərini aşkarlayıblar. Ümumilikdə ekspertlər təxminən 345 belə struktur müəyyən ediblər.

Həmçinin Əl-Ula yaxınlığında aparılan qazıntılar zamanı bazaltdan hazırlanmış çoxlu daş alətlər və qoyun, inək, keçi sümükləri aşkarlanıb. Mütəxəssislər qədim dövrlərdə burada ticarətin çiçəkləndiyi iddiasını irəli sürüblər.

Alimlər Səudiyyə Ərəbistanındakı daş dairələrin İordaniyadakı oxşar tikililərlə bənzərliyini qeyd ediblər. Tədqiqatçılar əlavə ediblər ki, insanlar düzbucaqlı evlər tikməyi yalnız son neolitdə öyrəniblər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi