Bir sionist telekanal Ərəbistana göndərdiyi müxbirin xalq etirazına səbəb olduğunu elan edib.
Sionist rejimin “Kanal 13” telekanalı öz müxbirini Mədinə şəhərinə göndərdiyi üçün Ərəbistan xalqının etirazı ilə üzləşdiyini elan edərək deyib: Müxbirimiz İordaniyaya daxil olduqdan sonra Avropa pasportu ilə Mədinəyə səfər edib.
Məlumatda həmçinin deyilir: Jurnalistimizə dəfələrlə israilli olduğunu deməməsi barədə xəbərdarlıqlara rəğmən, o özünü təqdim etməkdən çəkinməyib və ərəbistanlı gənclərin şiddətli etirazına səbəb olub.
“Kanal 13” Ərəbistanla sionist rejimin gizli əlaqələrinə işarə edərək elan edib: Bu ölkə xalqı işğal olunmuş ərazi sakinlərindən birinə hətta heç nə satmaz. Kanalın yayımladığı filmdə belə hətta bir ərəbistanlı ona “İsrailli olduğunu bilsəydim, sənə görüş icazəsi verməzdim. Çünki İsrail Fələstinin müstəqilliyini qəbul etmir” deyir.