Sionist rejim analitiki Səudiyyə Ərəbistanının Tel Əvivlə diplomatik münasibətlərin normallaşması zəminində ABŞ-ın vasitəçiliyi ilə baş tutacaq danışıqları dayandırma səbəblərini açıqlayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, siyasi analitik Yuni Ben Mənaxim deyib: Ər Riyad danışıqlarda İsrailə güzəştə getmək üçün ilkin 3 şərt irəli sürüb və Tel Əviv də öz səbəbləri ilə buna qarşı çıxıb.
Yuni Ben Mənaxim həmçinin deyib: Səudiyyə Ərəbistanı ilə kompromis məsələsində İsrail müzakirə istəyir. Amma nəyin bahasına olursa-olsun, bunu qəbul etməyə hazır deyil. Riyazın qoyduğu şərtlər doğrudan da İsrail üçün çox təhlükəlidir.
Təhlilçi Səudiyyə Ərəbistanının 3 şərtini bir daha təkrar edərək deyib ki, İsrail nüvə məsələsində səhlənkarlıq edə bilməz. Çünki onun üçün həyati təhlükə hesab olunur. Belə ki, Orta Şərq nüvə silahlarının varlığı İsrailə baha başa gələ bilər. Fələstinlilərə imtiyaz məsələsinə gəldikdə isə, İsrail təslim olmayacaq.
Ben Mənaximin fikrincə Ərəbistanla sazil imzalanmazsa, fəlakət baş verməyəcək. Necə olursa-olsun bu məsələ ABŞ rezident seçkilərindən sonra öz həllini tapacaq. Bəlkə də Ərəbistan vəliəhdi Məhəmməd Bin Salman Baydenə bunu hədiyyə etmək istəmir və bu məsələni başqa bir prezidentlə sahmana salmaq niyyətindədir.