İran prezident aparatının siyasi məsələlər üzrə müavini Ərəbistan kralının Tehranla əməkdaşlıqlarının sıxlaşmasına hazır olduğunu bəyan edərək onu Riyaza dəvət edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Məhəmməd Cəmşidi dünən (20 mart) twetter hesabında yazıb: Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdül Əziz ayətullah İbrahim Rəisiyə rəsmi məktubunda iki ölkə arasındakı münasibətlərin normallaşması və yeni sazişin bağlanmasını müsbət dəyərləndirərək onu Riyaza dəvət etdi və İran İslam Respublikası ilə iqsitadi və regional məsələlər ətrafında əməkdaşlıqların gücləndirilməsi istiqamətində danışıqlar üçün Riyaza dəvət etdi. Ayətullah İbrahim Rəisi də öz növbəsində bu dəvəti qəbul etdiyini, İran-Riyaz əməkdaşlıqlarının gücləndirilməsinə hazır olduğunu vurğuladı.