Ərəbistan: İsrailin fələstinlilərin taleyini həll etmək haqqı yoxdur!

Ərəbistan: İsrailin fələstinlilərin taleyini həll etmək haqqı yoxdur!

Səudiyyə Ərəbistanının xarici işlər naziri sionist rejimin Fələstini müstəqil ölkə kimi tanıyan 3 Avropa ölkəsinə qarşı qəzəbli reaksiyası barədə deyib: İsrailin fələstinlilərin taleyinə müdaxilə etmək haqqı yoxdur.

Əl Aləm telekanalının məlumatına əsasən, Feysəl Bin Fərhan bu gün (27 may) Brüsseldə Avropa İttifaqı XİN başçılarının iclası çərçivəsində jurnalistlərə deyib: Məncə ikidövlətli ölkə çərçkivəsində Fələstin müstəqil dövlətinin qurulması bu xalqın taleyinə olan ehtiram sayılsa da, bu İsrail rejiminin də xeyrinə olar.

Feysəl Bin Fərhan həmçinin deyib: Sionist rejimin hələ də bu məsələni dərk etməməsi ciddi nigaranlıq doğurur. Biz İsrailin mövqeyini nəzərə almadan ikidövlətli planının yaxşı çıxış yolu olduğuna inanırıq. İsrailin fələstin xalqının taleyinə müdaxilə etməməsi, bu məsələnin BMT əsasnaməsi və beynəlxalq qanunlar çərçivəsində həll edilməsi zəruridir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib