Ərəbistan Fələstin dövlətinin rəsmi surətdə tanınmasını vurğulayır

Ərəbistan Fələstin dövlətinin rəsmi surətdə tanınmasını vurğulayır

Ərəbistan dövlət heyəti “sionist rejimin Fələstin xalqına hücumlarının dayandırılması və Fələstin müstəqil dövlətinin beynəlxalq səviyyədə rəsmi surətdə tanınması” sahəsində səylərinin davam etdiyindən xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Səudiyyə Ərəbistanı dövlət heyətinin sədri vəliəhd Məhəmməd Bin Salman bəyanat yayaraq elan edib: Ərəbistan digər ölkələrlə birlikdə İsrail rejiminin fələstinlilərə qarşı hücumlarının dayandırılması üçün səylər göstərir və Fələstin müstəqil dövlətinin rəsmi surətdə tanınması üçün əlindən gələni əsirgəmir.

Məhəmməd Bin Salman həmçinin dövlət heyətində təşkil olunmuş iclasda Qəzzə zolağına humanitar yardımların göndərilməsi üçün bəzi qərarların alındığını da vurğulayıb.

Xatırladaq ki, son 9 ay ərzində Qəzzə müharibəsi zamanı İspaniya, Norveç, İrlandiya, Ermənistan, Slovakiya kimi ölkələr Fələstin müstəqil dövlətini rəsmi surətdə tanıdıqlarını elan ediblər. Bu hesabla BMT-yə üzv 193 ölkədən 149-u Fələstini rəsmi surətdə tanıyan ölkə var.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir