Ənsarullah: Səudiyyə koalisiyasını atəşkəsə məcbur edən bizim hücumlarımız oldu

QafqazTimes xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının üzvü Məhəmməd əl-Bəxiti cümə günü axşam mediaya verdiyi müsahibədə Səudiyyə koalisiyasının Yəməndə iki aylıq atəşkəs tələb etməsinin səbəblərini açıqlayıb.

Əl-Məyadin telekanalının yazdığına görə Əl-Bəxiti deyib: “BMT tərəfindən atəşkəs elan edilməzdən əvvəl və Yəmən qüvvələrinin Səudiyyə Ərəbistanının strateji dərinliklərinə son hücumundan sonra bu təşkilat vasitəsilə Səna ilə Səudiyyə koalisiyası arasında əlaqə quruldu.”

“Bu atəşkəs təcavüzkar koalisiya ölkələri üçün davamlı və hərtərəfli sülhə nail olmaq üçün bir fürsətdir”, – deyə o, qeyd edib.

Ənsarullah Siyasi Şurasının üzvü Yəmən qüvvələrinin Səudiyyə Ərəbistanındakı son əməliyyatlarından sonra BMT-nin vasitəçiliyi ilə Səna ilə koalisiya arasında təmasların qurulmasına yenidən toxunaraq əlavə edib: “Bu təmaslar davam edir və atəşkəs davamlı sülh üçün dəyərli fürsət olacaqdır.”

Əl-Bəxiti sonda belə vurğulayıb: “Biz təcavüzkar və düşmən ölkələrin sədaqətinə və dürüstlüyünə etibar edə bilmərik, lakin bu dəfəki atəşkəs fərqlidir, çünki o, bizim son hücumlarımızdan sonra baş verib.”

Related posts

ABŞ dünyaya qarşı!

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya