Ənsarullah: Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəməndəki siyasəti İsrailin maraqlarına uyğundur

QafqazTimes xəbər verir ki, Ənsarullahın baş katibi Əbdül Məlik əl-Husi deyib: “ABŞ və İsrail müsəlmanların əsas düşmənləridir və öz məqsədlərinə çatmaq üçün müsəlman ümmətində təfriqə salırlar.”

Press TV-nin verdiyi məlumata görə, Yəmənin Ənsarullah hərakatının baş katibi deyib: “Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəməndəki siyasəti İsrailin maraqlarına uyğundur. Bu iddiaya dəlil İsrail prezidentinin BƏƏ-yə son səfəridir.”

O, əlavə edib: “Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətini daşıyan təyyarənin Səudiyyə Ərəbistanı üzərində uçmasına icazə verib, lakin yəmənlilərin onların hava məkanından istifadəsinə mane olur. İsrail və onun havadarları Yəmən xalqını özlərinin ümumi düşməni kimi qələmə verirlər. Ənsarullah Səudiyyə koalisiyasının Yəmənin şimalında bir zindana hava zərbələri endirməsini pisləyir və bunu Yəmən xalqını qətlə yetirmək üçün qəsdən atılan bir addım adlandırır. Səudiyyə koalisiya qüvvələri bu həbsxananı bombaladılar. Bir halda ki, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar həbsxananın yerləşdiyi yerdən xəbərdar idilər.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur