Ənsarullah lideri: 11 sentyabr müsəlman ümmətinə tam hökmranlıq üçün Amerikanın bəhanəsi idi

QafqazTimes xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədruddin əl-Husi cümə axşamı günü dünya zalımlarına qarşı fəryadın ildönümündə çıxış edərək, bu gündə şəhid Hüseyn Bədruddin əl-Husinin bu kritik şəraitdə tutduğu mövqeyi xatırlatmağın lazım olduğunu söyləyib.

Qeyd edək ki, Şəhid Hüseyn Bədruddin əl-Husi 2002-ci ildə fəryad günü adlı mitinq təklif ilə çıxış etmişdi və o vaxtdan bəri yəmənlilər hər il “zalımlara qarşı fəryad günü” münasibəti ilə milyonların iştirakı ilə mitinq keçirərək, “Amerikaya ölüm, İsrailə ölüm, Səud ailəsinə ölüm!” şüarları səsləndirirlər.

Ənsarullah lideri həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar 11 Sentyabr hadisəsini genişmiqyaslı hücum üçün bəhanə kimi istifadə etdi ki, İslam ümmətinə tam nəzarət edə bilsin.

Əl-Məsirə xəbər telekanalının verdiyi məlumata görə, Əl-Husi deyib: “Düşmənlər İsraili regionda birbaşa ABŞ və Qərbin alətinə çevirməyə çalışırlar.”

ABŞ və müttəfiqlərinin ərəb və islam ölkələrini işğal etmək və digər ölkələrə hücum etmək kimi bir planının olduğunu qeyd edən Əl-Husi belə əlavə edib: “Düşmənlərin bütün bu addımları bizi bu təhlükələrə və hərtərəfli hücum əməliyyatına qarşı duruş gətirməyə vadar edir.”

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))