Ənsarullah qüvvələri Səudiyyə koalisiya qüvvələrinin Maribdəki möhkəm qalasını dağıtmağa müvəffəq oldu

Qafqaztimes xəbər verir ki, Yəmən mənbələri koalisiya qüvvələrinin və onların istehkamlarının dağılmasına işarə edərək, Səna qüvvələrinin Marib şəhərinə doğru irəliləməyə davam etdiyini bildirib.

Yəmən mənbələri bildiriblər ki, koalisiya qüvvələri 2015-ci il oktyabrın 7-də Yəmənin şimal-şərqində yerləşən Marib vilayətinə nəzarəti ələ keçirdikdən sonra orada hərbi istehkamlar inşa etmiş və onu dünyanın ən yeni və müasir silahları ilə təchiz etmişlər.

Onlar Maribi möhkəm qalaya çevirmişdilər. Lakin Milli Qurtuluş Hökumətinin qüvvələri koalisiya qüvvələrinin və onların əlaltılarının ağır məğlubiyyətləri ilə bu qalanı darmadağın etməyə müvəffəq oldular.

Yəmən mənbələri bildiriblər ki, koalisiya qüvvələri ən son texnologiya və ən müasir müdafiə avadanlığı, o cümlədən Patriot, hərbi və rabitə əməliyyatları və elektron müharibə qərargahlarının yaradılması ilə Maribi qorumaq üçün hər cür səy göstərmişlər. Onlar neftlə zəngin olan bu əyalətdə çoxlu hərbi bazalar yaratmışlar.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır