Ənsarullah lideri: Bugünkü parad düşmənlərə bir mesajdır

QafqazTimes xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi cümə axşamı axşam Hüdeydədə “Vəd əl-Axirə” (Axirət vədi) şüarı ilə keçirilən hərbi parad münasibəti ilə çıxış edib.

“Əl-Məsirə” xəbər telekanalı əl-Hüsiyə istinadən xəbər verir ki, hərbi paradlar hərbi potensialın artırılması üçün ciddi addımların davam etdirilməsi mesajıdır. Yəmən ordusu öz imkanlarını sədaqət və imanla inkişaf etdirməkdədir.

O, bəyan edib ki, bütün bu paradların keçirilməsində məqsəd xalqı əmin etmək və işğalçı düşmənlərə bir mesaj verməkdir.

Ənsarullahın rəhbəri sözünə belə davam edib: “Bu xainlərdən təmizlənmiş bir ordudur və minlərlə namuslu zabit və əsgər onun daxilində xidmət edir. Ordumuz üzərinə düşən vəzifələri yerinə yetirir. Ordumuz döyüşün müxtəlif sahələrində və potensialların inkişafında mühüm səviyyəyə çatıb və böyük həcmdə müqavimət qabiliyyətinə nail olub.”

Əl-Hüsi ordunun dəniz, hava, quru, raket və texnika istehsalı sahəsində döyüş bacarıqlarını artırdığına işarə edərək, əlavə edib: “Hərbi güc ölkənin müdafiəsi üçündür. Düşmənlərin ordunun qüdrətini məhv etmək və Yəmənin qüdrətini əlindən almaq üçün bütün cəhdləri uğursuzluqla nəticələndi.”

O, düşmənlərin təcavüzün ilk günündən bu günə qədər Yəmənin hərbi reallığından xəbərdar olduqlarını vurğulayaraq deyib: “Düşmənlərin ölkəni işğal etmək və millətimizə hakim olmaq hərisliyi artıq xəyala və illüziyaya çevrilib.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya