Yəmən Ənsarullah Hərəkatının lideri sionist rejim və onun müttəfiqləri ilə mübarizədə yeganə uğurun cihadla mümkün olduğunu vurğulayaraq deyib: Yəmən silahlı qüvvələri dəniz və raket potensiallarını artıracaq.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik Bədrəddin əl-Husi bu variantın effektivliyinin Livn və Qəzzədə sübuta yetdiyini açıqlayaraq deyib: Amerika Fələstin xalqına qarşı cinayətlərində sionist rejimin həqiqi tərəfdaşıdır və biz Fələstin xalqını dəstəkləmək üçün raket və dəniz gücümüzü artırmağa çalışır və onlara yardım üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Əl Husi sionist rejimin altı aylıq təcavüz və cinayətdən sonra Qəzzədə heç bir məqsədlərinə çatmadığını, hətta formal bir qələbəyə nail ola bilmədiklərinə işarə edərək deyib: Bu döyüş bütün islam xalqının döyüşüdür.