Ənsarullah: BMT və TŞ düşmən mənafeyini güdür

Yəmən Ənsarullah Hərəkatının rəhbəri deyib: Ümmət düşmənlərinin məqsədi onların mədəni-fikri səthini zəiflətməkdir.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Əbdülməlik Əl-Husi deyib: Düşmən Fələstin mövzusunu dərxliklərdən çıxarmaqda ümmətin intellektini aşağı salmaq məqsədini güdür.

Əl-Husi həmçinin deyib: Düşmən “söz azadlığı” bəhanəsilə Quranı və müsəlmanların müqəddəslərini onların gözündən salmağa çalışır. Eləcə də radikal qruplar yaratmaqla təhlükəsizliyə zərbə vurmaq istəyir. Hətta nüvə silahları belə paylayırlar.

Əl-Husinin sözlərinə görə ABŞ hərbi hissələr yaratmaqla bizim ölkələrimizi də istila altına salmaq istəyir, ona tabe olmayanları isə iqtisadi sanksiyaya məruz qoyur.

Əl-Husi söhbətinin sonunda vurğulayıb: İsraillə əlbir olanlar Fələstin xalqına qarşı cinayətlərin şərikləridir. Sionist rejimi məhvə məhkum olmuş müvəqqəti bir rejimdir. Bu Quranın vədidir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur