Yəmən Ənsarullah Hərəkatının rəsmisi ölkə təhlükəsizlik xidmətlərinin səyləri ilə sionist-amerikan casusluq şəbəkəsinin məhvindən xəbər verərək bunu böyük bir nailiyyət adlandırıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Ənsarullah siyasi bürosunun üzvü Əli Əl Qəhum bu gün deyib: Sionist-amerika düşmənin ən böyük casusluq şəbəkəsinin kəşf və məhv edilməsi Yəmən tarixində böyük bir nailiyyətdir.
Əl Məyadin telekanalına müsahibə verən Əl Qəhum daha sonra deyib: Qərb ölkələrinin şər fitnələri böyük qələbə ilə məhv edildi və bu Yəmən xalqının böyük qələbəsidir.
Yəmən təhülkəsizlik xidmətlərinin bu uğurlu əməliyyatının yüksək potensialları olduğunu sübut etdiklərini vurğulayan Əli Əl Qəhum ölkənin hərbi əməliyyatlarda da müvəffəqiyyətlə sınaqdan çıxdığını xatırladıb.
2 şərhlər
먹튀감별사: https://www.dappc.kr/
0z3ozd