Ənsarullah: Amerika sionist rejim cinayətlərinə şərikdir

Yəmən Ənsarullah Hərəkatının lideri Amerikanın Qəzzə müharibəsində sionist rejim cinayətlərində birbaşa əlaqəsinin bütün Qərb ölkələrinin rüsvayçılığı ilə nəticələndiyini deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Əbdül Məlik Husi bu gün (29 fevral ) sionist rejim soyqırımı siyasətini sərt tənqid edərək deyib: Müharibə başlandığı gündən 30 mindən çox insan şəhid olub və ümumən 114 min 500 nəfər itkin, yaralı və əsir düşüb.

Qəzzə zolağında aclıq və epidemik xəstəliklərin pik həddinə çatdığını vurğulayaraq bunun dözülməz və ağır bir faciə olduğunu diqqət mərkəzinə çəkib.

O, deyib: Qəzzə zolağının şimalında baş verənlər faciədən üstün bir hadisədir. Belə ki, məzlum xalq ağaq yarpaqları və heyvanların yediyi otlarla qidalanır.

Ənsarullah lideri həmçinin qeyd edib: Qəzzədə vəziyyət böhranlı olduğu qədər ərəb dünyasının xəyanəti də dözülməzdir. Amma bununlar belə düşmən öz məqsədlərinə çatmayacağına da əmindir.

Əl Husi vurğulayıb: İsrailin bu cinayətlərinə rəğmən, onların Qəzzə xalqını köçməyə məcbur etmə planı da puça çıxdı. Çünki fələstinlilər var qüvvələri və bütün iradələri ilə öz vətənlərini tərk etməməyə qərar verib.

Related posts

Amstredam Fələstinə dəstəklərini davam etdirir

Ərdoğan İstanbulda İraqın Baş naziri ilə terrorizmlə mübarizə məsələsini müzakirə edib

Reuters: Livan müqavimətinin tunelləri möhkəmdir