Ənsarullah: ABŞ texnologiyasının qarşısında aciz qaldığı yeni raketlərimiz var

QafqazTimes xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədruddin əl-Husi ötən gün axşam saatlarında (çərşənbə günü) Taiz şeyxləri və əyalətin tanınmış simaları ilə görüşündə təcavüzə qarşı durmağın vacibliyini vurğulayıb.

Əl-Məsirə-nin məlumatına görə, Ənsarullah lideri əvvəlcə Taiz əyalətinin əhalisinin təcavüzkarlara qarşı sabitlik və müqavimətini yüksək qiymətləndirərək deyib: “Taiz vilayəti şərəf, sabitlik və həqiqi vətənpərvərlik nümunəsidir ki, həmişə işğalçılara qarşı mübarizədə hazır olub. Rəsmilər bu vilayətin əhalisinə hər cür şəraitlə xidmət etməyə xüsusi diqqət yetirirlər. Taiz və Yəmənin bütün əyalətlərini mühasirəyə alan təcavüzkar koalisiyadır. Mühasirəyə alan biz deyilik, əksinə biz mühasirəyə altındayıq.”

Seyid Əbdülməlik Bədruddin əl-Husi əlavə edib: “Biz vətəndaşlara xidmət etmək üçün yolları yenidən açmağa hazır olduğumuzu bir daha təsdiqlədik və təşəbbüs olaraq, qarşı tərəflə razılaşma olmasa belə, bunu etməyə hazırıq. Biz çox yaxşı bilirik ki, mübarizədə verdiyimiz qurbanlarımız zillət və işğalı qəbul etməklə çəkə biləcəyimiz zərərlər qarşısında azdır.”

O, belə əlavə edib: “Biz gələcək nəsillərə işğal və yadların tapdağı altında olmağı miras qoymayacağıq. Bu təcavüzün məqsədi İsrail tərəfini Yəmənin oynaya biləcəyi hər hansı rolla bağlı əmin etməkdir. İsraillə münasibətlərin normallaşması, əməkdaşlıq, tərəfdaşlıq və müttəfiqlik bayrağını daşıyanlar ölkəmizi işğal edənlərdir.”

Seyid Əbdülməlik Bədruddin əl-Husi söhbətinin digər bir yerində deyib: “Bu mərhələdə bizim prioritetimiz təcavüzə qarşı mübarizədir, çünki hərbi təhlükə davam edir və düşmənlər növbəti gərginlik üçün sursat hazırlayırlar. Yəmənin hərbi-sənaye sektoru, inşallah, regionun ən yaxşı sənaye sahələrindən biri olacaqdır.”

Ənsarullah lideri əlavə edib: “Bu gün çox uzun məsafələr qət edən yüksək dəqiqliyə malik raketlərimiz var və yeni Amerika texnologiyaları onlara qarşı çıxa bilməyib. Səudiyyə Ərəbistanı bizim raketlərimizi vura biləcək sistemlər əldə etmək üçün dünyanın hər yerindən kömək almaqdadır. Hətta onlar bunun üçün düşmən İsrailə də əl açıblar.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur