Ən-Nəxalə: Fələstinin yeganə dəstəkçiləri İran, Hizbullah və Suriyadır

QafqazTimes xəbər verir ki, İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalə deyib: “Biz Fələstinə İran, Hizbullah və Suriyadan başqa heç bir dəstəkçi görmürük.”

Ən-Nəxalə həmçinin deyib: “Bütün ərəb ölkələrindən Fələstin xalqı qarşısında öz vəzifələrini yerinə yetirmələrini xahiş edirəm və biz istənilən ərəb və İslam ölkəsindən istənilən dəstəyi almağa hazırıq.”

O, Benyamin Netanyahunun başçılıq etdiyi sionist rejimin yeni kabineti haqqında deyib: “Yeni kabinet İordan çayının qərb sahilindəki yaşayış məntəqələrini genişləndirilməyə çalışır və biz də bununla mübarizə aparacağıq. Yeni kabinet İordan çayının qərb sahilindəki yerdə qalan Fələstin kəndlərini də məhv etməyə çalışır. Mən ümid edirəm ki, ərəb ölkələrinin Fələstin müqavimətinə daha çox dəstəyinin şahidi olacağıq.”

Əl-Məyadin telekanalının məlumatına görə, Ən-Nəxalə həmçinin vurğulayıb: “Düşmənlər dünyaya Fələstindəki müharibənin İrana qarşı olduğunu və İran İslam Respublikasının İsrailə qarşı müharibədə fələstinlilərdən istifadə etdiyini göstərmək istəyirlər.”

Ən-Nəxalə gələn il Qəzza zolağına qarşı yeni təcavüzün olacağını proqnozlaşdırıb və əlavə edib ki, İordan çayının qərb sahilində baş verənlər “Cəbhələrin vəhdəti” döyüşün davamıdır.

O, həmçinin vurğulayıb: “Bu il keşməkeşli ildir və İordan çayının qərb sahilində baş verənlər əsl silahlı intifadadır. 2022-ci ildə Cenin və Ərin əl-Əsvəd müqavimət qrupları formalaşdı və İsrail düşməni ilə münaqişə hələ də davam edir. Düşmən də öz növbəsində öz təcavüzünü davam etdirir və Qərb Sahilində məskunlaşma əməliyyatları dayandırmayıb.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur