Ən bahalı “Bugatti Veyron” satışa çıxarıldı – FOTO

“Mechatronik” saytında “Bugatti Veyron Grand Sport Vitesse”nin unikal nüsxəsi satışa çıxarılıb.

Onun kuzovu 20 tondan çox çəkisi olan bütöv bir alüminium parçasından hazırlanıb. Avtomobilin qiyməti göstərilmir, lakin təsvirdə deyilir ki, bu, “Veyron” modelinin tarixində ən mürəkkəb və ən bahalı nümunəsidir.

Avtomobil 2015-ci ildə istehsal edilib və müştərinin fərdi sifarişinə əsasən onun kuzovu qaynaqdan istifadə edilmədən bütöv bir alüminium parçasından hazırlanıb. Bildirilir ki, avtomobilinin qiyməti barədə yalnız maraqlanan müştərilər əlaqə saxladıqları təqdirdə məlumat veriləcək.

Avtomobil 1000 at gücü hasil edən dörd turbinli səkkiz litrlik mühərrikə malikdir. O 100 km/saat həddinə 2,6 saniyəyə sürətlənir, maksimal sürəti isə 375 km/saatla məhdudlaşır.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)