Əmmar Həkim Dünya Əhli-Beyt (ə) İcmasının baş katibi ilə görüşüb

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, İraq Milli Hikmət Hərəkatının lideri Seyyid Əmmar Həkim Dünya Əhli-Beyt (ə) İcmasının Baş katibi Ayətullah Şeyx Rza Ramazani ilə görüş keçirib.

İraq Milli Hikmət hərəkatının rəhbərinin Bağdaddakı ofisində baş tutan bu görüşdə Həkim, Dünya Əhli-Beyt (ə) İcmasının bir düşüncə mərkəzi olaraq Əhli-Beyt (ə) məktəbinin tərəfdarlarının fikirlərini bir birinə yaxınlaşdırmaq və onların digər qruplar müqabilində vəhdətə sahib olmasındakı əhəmiyyətli roluna toxunub.

İraq Milli Hikmət Hərəkatının lideri Ümumdünya Əhli-Beyt (ə) İcmasının müsəlman gənclər üçün ictimai-mədəni proqramları dəstəkləməli və Əhli Beyt tərəfdarlarının yaşadığı bütün ölkələrdən öz idarəetmə sistemində nümayəndələr qəbul etməli olduğunu təkid edib.

Həkim həmçinin bu görüşdə Əhli-beyt (ə) tarixinin parlaq mənzərəsini ictimaiyyətə təqdim etməyə, insanları bu maariflə tanış etməyə və bu maarifi gələcək nəsillərin Əhli-beyt (ə) məktəbindən bəhrələnmələri məqsədi ilə təhsil proqramlarına daxil etməyə çağırıb.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır