QafqazTimes xəbər verir ki, bu gün (çərşənbə günü) İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə rusiyalı həmkarına dövətə görə təşəkkür edərək deyib: İki ölkə arasında münasibətlər düzgün yoldadır və inkişaf etməkdədir.
İki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin müxtəlif səviyyələrdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıldığını deyən Abdullahian iki ölkə prezidentlərinin davamlı və birbaşa əlaqədə olduqlarını bildirib.
İran diplomatik xidmətinin rəhbəri həmçinin deyib: “Şükür edirəm ki, iki ölkə arasında strateji və uzunmüddətli əməkdaşlıq sazişi ilə bağlı araşdırmalar Rusiyada yekunlaşıb və biz bunu İranda da araşdırmışıq və ümid edirəm ki, bir aydan az müddətdə iki ölkənin Xarici İşlər Nazirliyinin hüquq şöbəsi bu müqaviləyə yekun olaraq yenidən baxacaqlar.
Əmir Abdullahian belə davam edib: Biz iki ölkə arasında uzunmüddətli əməkdaşlıq sazişinin imzalanmasından əvvəl olan prosesin son mərhələdəyik. Regional və beynəlxalq təşkilatlarda əməkdaşlığımız uğurla davam edir.
İran mətbuatının məlumatına görə, bu görüşdə Lavrov iranlı həmkarına xoş gəldin demiş və onu Yeni il və Ramazan bayramı münasibətilə təbrik etmişdir.
Bu səfərdə Əmir Abdullahianı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Nasir Kənani, Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri, nazir köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Əlirza Həqiqiyan, xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş müşaviri Əli Əsgər Xaci, İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazimi Qumi və İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əli Əlizadə müşayiət ediblər.
İran KİV-lərinin xəbərinə görə, Hüseyn Əmir Abdullahian martın 28-i çərşənbə axşamı axşam saatlarında Moskvaya endikdən sonra verdiyi ilk müsahibədə deyib: İran və Rusiya arasında müdafiə sahəsində əməkdaşlıq heç bir tərəfin əleyhinə olmayacaq. O həmçinin qeyd edib ki, iki ölkə arasında ticarətin həcmi son bir il yarımda 3,5 qat artıb.