Əmir Abdullahian: Biz Azərbaycan və Ermənistan probleminin həlli istiqamətində səylərimizi davam etdirəcəyik

QafqazTimes xəbər verir ki, bazar günü telefon danışığında İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bəzi ikitərəfli məsələlər, o cümlədən regional və beynəlxalq arenada ümumi maraq doğuran məsələləri müzakirə ediblər.

İranın xarici işlər naziri bu telefon danışığında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında yaxşı əlaqələrə və iki ölkə prezidentlərinin Astanada bu yaxınlarda keçirilmiş görüşünə toxunmuş və region ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünə təkid edərək, əlavə etmişdir: “Biz həmişə bu bölgədə əcnəbilərin olmasının vəziyyəti çətinləşdirəcəyinə inanırıq və bu məsələnin əleyhinəyik.”

Əmir Abdullahian daha sonra əlavə edib: “İran İslam Respublikası Qafqazdakı ixtilafın düzgün həllini 3+3 çərçivəsində və regional mexanizmlərdə axtarır və Azərbaycan Respublikası ilə Ermənistan arasında problemin həlli istiqamətində həmişə səylərini davam etdirir.

-Biz Azərbaycan Respublikasının təhlükəsizliyini regionun və İranın təhlükəsizliyi hesab edirik.

İranın diplomatiya rəhbəri qeyd edib: “Biz regionun təhlükəsizliyini bir-biri ilə əlaqəli bir məsələ hesab edirik və Azərbaycan Respublikasının təhlükəsizliyi regionun və İranın təhlükəsizliyidir. Biz hər hansı bir xarici qüvvələrin bölgədə yerləşdirilməsinin əleyhinə olduğumuzu bəyan etmişik və bunun sülhə, sabitliyə və regional əməkdaşlığa zidd olduğunu hesab edirik.”

Bu telefon danışığında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki ölkənin xarici işlər nazirləri arasında birbaşa və davamlı əlaqəni Tehran və Bakı arasında əlaqələrin dərinliyinin göstəricisi adlandıraraq deyib: “Biz bu əlaqələri qiymətləndirir və hörmət bəsləyirik.”

Ceyhun Bayramov həmçinin İran xarici işlər nazirinin telefon zəngini yüksək qiymətləndirmiş və Ermənistana səfərin nəticələri barədə izahını və İran İslam Respublikasının regional sülh və sabitliyə kömək etmək səylərini yüksək qiymətləndirmişdir.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)