Əlqaidə Əl-Zəvahirinin yeni videosunu paylaşdı

Əlqaidə terrorçu təşkilatı keçmiş rəhbərindən çəkilən yeni videoçıxışını paylaşıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Əlqaidə bu gün (17 fevral) keçmiş rəhbərləri İmən Əl-Zəvahirinin zamanı qeyd edilməyən çıxışını paylaşıb.

Ərəbiyy 21 internet portalının məlumatına görə bu çıxış “Fələstinə necə dəstək olaq” adı altında paylaşılıb. Bu videoçıxışda sionist rejimin işğal olunmuş Qüdsdəki cinayətlərindən söz açılıb.

Əl-Zəvahiri Fələstin özünüidarə təşkilatının rəhbəri Mahmud Abbası sionist rejim casusu olduğunu iddia edib. Həmçinin o, fələstinlilərin Qəzzə zolağında mühasirəyə salınmasında Misir dövlətini də günahlandırıb.

Qeyd edək ki, bu video ABŞ-ın eyni ittihamlarla gündəmə gəlməsindən və Əlqaidənin Seyful Ədl adlı yeni misirli rəhbər seçdiyindən sonra paylaşılıb.

Related posts

İran: Məsqət müzakirələri hələ ki, dayandırılıb

Qəzza Qəssabı

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik