Əlində bıçaq olan kişi özünü 26-cı mərtəbədən atdı (Video izlə)

Rusiya paytaxtı Moskvada intihar hadisəsi baş verib.

Çılpaq olan və əlində bıçaq tutan kişi onun qapısını döyən polislərdən qaçmaq üçün özünü 26-cı mərtəbədən atıb.

Hadisə Moskvanın Mira prospektində yerləşən “Trikolor” yaşayış kompleksində baş verib. Faciədən az əvvəl mərhumun olduğu mənzildə səs-küy yarandığı üçün qonşular polisə müraciət ediblər. Polis qapını döyərkən kişi pəncərəni sındırmağa başlayıb. Daha sonra özünü 26-cı mərtəbədən aşağı atıb.

Ölən şəxsin 30 yaşının olduğu bildirilir. Təfərrüatlar dəqiqləşdirilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi