Əlcəzair Prezidenti: Fələstinlilərə kömək etmək üçün Qəzzəyə ordu göndərməyə hazırıq

Əlcəzair prezidenti Misirlə Qəzzə zolağı arasındakı sərhədin yenidən açılacağı təqdirdə ölkəsinin bu zolaqda üç xəstəxana tikməyə hazır olduğunu açıqlayıb.
Qafqaztimes xəbər verir ki, Əbdülməcid Tebun Konstantin əyalətində tərəfdarlarının toplantısındakı çıxışında deyib: Misir və Qəzzə sərhədi yenidən açılan kimi Əlcəzair ordusu kömək üçün Fələstinə girməyə hazırdır və biz 20 gün ərzində bu sərhəddə 3 xəstəxana tikmək üçün hər şeyi edəcəyik.

Tebun əlavə edib: Biz yüzlərlə həkimi Qəzzəyə göndərməyə və sionist ordusunun hücumları nəticəsində yaranmış dağıntıları bərpa etməyə hazırıq.

O dedi: Qəzzədə şahidi olduğumuz şey sadəcə müharibə deyil, sionist ordusunun törətdiyi cinayətlər və qətllərdir.

Əlcəzair prezidenti qeyd edib: Sionistlər Fələstini məhv etməklə Fələstin məsələsini həll etməyə çalışırlar və biz bunu heç vaxt qəbul etməyəcəyik.

Alalam

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya