Əl-Xudeyrə əməliyyatında 5 fələstinli qətlə yetirilib + Video

QafqazTimes xəbər verir ki, işğal olunmuş ərazilərdə Hayfanın cənubunda iki fələstinlinin cihad əməliyyatı nəticəsində 5 sionist öldürülüb və yaralanıb.

Sionist polis sözçüsü iki silahlının əl-Xudeyrə şəhərinin Herbert Samuel küçəsində sionistləri güllələdiyini bildirib.

Sözçünün sözlərinə görə, yaralılar arasında bir neçə polis də olub, hadisə yerinə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.

Mətbuatın məlumatına görə, iki əməliyyatçı təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

İsrailin 14-cü telekanalı həmçinin hadisə zamanı iki əməliyyat icraçısından əlavə, iki sionist mühacirin həlak olduğunu və daha üç sionistin isə yaralandığını açıqlayıb.

Sionist Ordu Radiosu İsrailin Daxili Kəşfiyyat İdarəsinin (Şabak) əməliyyatı araşdırmaq üçün müdaxilə etməsindən xəbər verib.

Məlumatlarda həmçinin qeyd olunub ki, əməliyyatı həyata keçirən iki fələstinli 1948-ci il ərazilərində yerləşən Vadi Ari bölgəsindən olmuşlar.

Related posts

Smotriç: Qəzzə zolağına tam nəzarət üçün cəmiyyətin yarısını ləğv etmək lazımdır

Həmdan: İsrail rejimi uğursuzluqları səbəbinə müzakirələrə qoşulmaqda acizdir

İsrailin BMT-dəki səfiri: Livanda atəşkəs sazişi hələ yekunlaşmayıb, amma yaxındır!