Əl-Xəlil xəbər agentliyinin direktoru: Həşdi Şabi Amerika da daxil olmaqla İraqın düşmənlərinə qarşı möhkəm bir dayaqdır

Qafqaztimes xəbər verir ki, İraqın Əl-Nəxil Xəbər Agentliyinin direktoru Məhəmməd Əli Əl-Həkim ABŞ-ın İraq-Suriya sərhədindəki müqavimət bazasına son hücumu barədə Gənc Jurnalistlər Klubuna verdiyi eksklüziv reportajda bildirib ki, Həşdi Şabi ABŞ da daxil olmaqla İraqın düşmənlərinə qarşı möhkəm bir dayaqdır. İraqda keçirilən hərbi manevrdən sonra Amerikanın Həşdi Şabiyə qarşı son hücumu bu qrupa bir mesaj idi.

O, deyib: “Həşdi Şabi, ABŞ da daxil olmaqla İraqın düşmənlərinə qarşı möhkəm bir dayaqdır. Həşdi Şabi müqavimət qrupu bölgənin İŞİD kimi terror elementlərindən təmizlənməsində əsas rol oynadı.”

Əl-Həkim belə əlavə edib: “Amerikanın bu hücumu yüz faiz cavabsız qalmayacaqdır. Həşdi Şabinin cavabı ağrılı olacaq və Amerikanın açıq aşkar cinayətləri qarşısında susmaq artıq mənasızdır.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır