Əl-Qəssam tərəfindən əsir götürülən sionist əsgərin görüntüləri + Video

QafqazTimes xəbər verir ki, HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadalarının sözçüsü sionist düşmən əsirlərindən birinin vəziyyətinin ağır olduğunu bildirib.

Ötən gün günortadan sonra, Əl-Qəssam briqadası çarpayıda uzanmış və ona oksigen bağlamış bir İsrail əsgərinin görüntülərini yayımlayıb.

Bu görüntülərdə sionist əsir olan Hişam əl-Seyidin yanına qoyulmuş şəxsiyyət vəsiqəsi də nümayiş olunub.

İllərdir İsrail rəsmiləri əsgərlərinin Fələstin müqaviməti tərəfindən əsir götürülməsi ilə bağlı hər hansı xəbəri təkzib ediblər.

Bu görüntülərin 2014 və 2015-ci illərdə müqavimətə əsir düşən Qolden, Şavol və ya Hişam Əl-Seyid adlı əsgərlərdən biri ilə əlaqəli olduğu bildirilir.

Quds Press yazıb ki, sionist rejim rəhbərlərinin laqeydliyi və bu rejimin Əl-Qəssamın yalnız Qolden və Şavolun cəsədlərinə malik olması ilə bağlı ictimai rəyi aldatmaq cəhdindən sonra Əbu Ubeydənin bu sözləri düşməni əsirlərin dəyişdirilməsi işinə məcbur edəcək.

Açıqlanacaq məlumatlar sionist liderlərin yalanlarını üzə çıxaracaq.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri